Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vüsal Qasımlı: “Bəzi birliklərə üzv olsaydıq, Qarabağı azad edəndə bu qədər sərbəst olmazdıq”

“Bizim iqtisadiyyatımız indiyə qədər əsas problemimizin həllinə hədəflənmişdi. Açıq və gizli – bütün formalardan istifadə edirdik ki, ərazi bütövlüyümüz bərpa olunsun. Bunun üçün biz çox məsələlərin üzərinə getdik”.

Boyukmillet.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın heç bir iqtisadi-siyasi birliyə üzv olmaması onun Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillərdən olub: “Bizim coğrafiyaya fikir versəniz görərsiniz ki, Qərbdə Avropa İttifaqı və onun Gürcüstan, Ukrayna kimi assosiativ üzvləridir. Şimal və Şərqdə olan ölkələr Avrasiya İttifaqının üzvüdür. Cənubda Körfəz ölkələri, Cənub-Şərqdə Cənub-Şərqi Asiya ölkələrinin Asian ölkələri qrupu, Afrikada isə Afrika ölkələri birliyi dövlətlərdir. Azərbaycan isə bu birliklərin heç birinə daxil olmamışdı.

Hər bir şeyin qiyməti var. Ulu öndər Heydər Əliyev deyirdi ki, “bizim müstəqilliyimizin çox böyük qiyməti var”. Yəni müstəqilliklə bağlı ulu öndərin çox böyük fikirləri var. Biz o birliklərin birinə üzv olsaydıq, Qarabağı azad edəndə bu qədər sərbəst ola bilməyəcəkdik. Biz iqtisadi müstəqilliyin bütün parametrlərini təmin etmişdik”.

Alim hesab edir ki, Azərbaycan xarici borcunun ÜDM-ə olan nisbətdə az olması doğru iqtisadi siyasətin nəticəsidir: “Xarici borcumuz ümumi daxili məhsulun (ÜDM) 20%-nə çatmır. Hansı ki, 60%-lik göstərici qırmızı xətt sayılır. Amma hazırda dünyada orta göstərici 100%-dir. Yəni xarici dövlət borcu ÜDM-in 100%-nə çatır. Bizdə isə heç 20%-ə çatmır. Borclu olsaydıq bu işləri görə bilıcəydik?! Xeyr, mümkün olan məsələ deyil. Çünki o borcu verənlər musiqini sifariş edənlərdir.

Bilirsiniz ki, strateji valyuta ehtiyatları 55 milyard dollarla yaxınlaşıb. Bu da ÜDM-in həcmi ilə müqayisə olunan həddir. Hansı ölkədə ÜDM-lə müqayisə nisbətində bu qədər valyuta ehtiyatı var?

Ölkələrdə sosial quruluş ya piramida, ya da romb formasında olur. Piramida formasında yuxarıda az varlı, ortada orta təbəqə və daha çox kasıb təbəqə mövcuddur. Ölkəmizdə sosial quruluş romb formasındadır. Bizdə orta təbəqə formalaşıb. Bu günkü sabitliyimizin kökündə dayanan məsələ elə ulu öndər Heydər Əliyevin və cənab prezidentin siyasətinin mərkəzində vətəndaşın dayanması və orta təbəqənin formalaşmasıdır. Orta təbəqə sabitliyin əsasıdır. Orta təbəqə yoxdursa sabitlik ola bilməz. İndi 5G texnologiyalarından danışırıq, orta təbəqədə artıq 5 G texnologiyaları tətbiq olunub. Ölkədə manatın sabitliyi, inflyasiyaya nəzarət olunması, makroiqtisadi və ictimai sabitlik – bütün bunlar insanın bədənindəki sağlamlıq kimidir. Nə qədər ki, səninlədir, qədrini bilmirsən. Elə ki, bir balaca titrəmələr başlayır, burada dalğalanmalar, müzakirələr başlayır”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …