Bazar , 11 Yanvar 2026
Drone Cameras

Energetika naziri Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ilə görüşüb.

Boyukmillet.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qurum və Dünya Bankı arasında davam edən uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edilib, birgə həyata keçirilən layihələrin icra vəziyyəti, həmçinin bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Nazirliklə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi potensialının qiymətləndirilməsi və bu enerjidən istifadə sahəsində yol xəritəsinin işlənib hazırlanması istiqamətində görülən işlər müzakirə edilib, birgə əməkdaşlıq səylərinin Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafına, eləcə də atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …