Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

20 min döyüşçünün əlləri tətikdə – “Hazır ol” əmri verildi!

İlkin mərhələdə vurulacaq 120 nöqtə müəyyənləşib

Fıratın şərqində təşkil olunan hərbi əməliyyatın ilkin mərhələsində vurulacaq 120 nöqtə müəyyənləşib.

Boyukmillet.com  Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əməliyyatın başlayacağı açıqlamasından sonra silahlar Fıratın qərbində Membic, şərqində isə sərhəddə yerləşən Kobani, Resulayn, Tel Abyad, Kamışlı ilə Derik bölgələrindəki terror qruplaşması YPG-ni hədəfə alıb.

Fıratın şərqində keçirilməsi gözlənilən Türkiyə Silahlı Qüvvələrinin hücum əməliyyatının qərbdə yerləşən Membici də əhatəyə alması gözlənilir.

Hərəkat çərçivəsində Şehba olaraq adlandırılan və Afrindən qaçan YPG-li terroristlərin Tel Rıfat bölgəsindəki bəzi nöqtələrində də əməliyyat keçirələcəyi gözlənilir.

 

 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir