Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, məhdudiyyət paytaxt ərazisində keçirilən tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.

Qeyd edək ki, yürüş “Azneft” dairəsindən başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilib.

Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Bizim Instagram səhifəmizə abunə olun

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …