Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Prezidenti Şuşada Hulusi Akarı qəbul edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz də iştirak ediblər.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …