Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (Federal Open Market Committe – FOMC) növbəti iclası işə başlayır.

Boyukmillet.com-un analitik qrupu bildirir ki, sabah başa çatacaq iclasda uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

Xatırladaq ki, komitənin bu il sentyabrın 25-26-da baş tutmuş iclasında uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılıb. Bu, 2018-ci ilin 3-cü faiz artımı olub. Mütəxəssislərin fikrincə, FED üçün neytral uçot dərəcəsi 3%-dir. Faizin bu həddində ABŞ-da iqtisadi artımın həm ləngimə, həm də sürətlənmə ehtimalı yoxdur. Odur ki, bu dəfəki iclasda da uçot dərəcəsinin azı 0,25 faiz bəndi artırılacağı, 2019-cu ildə isə 3%-ə çatdırılacağı ehtimal edilir.

Bununla belə, bugünki iclasın nəticəsi barədə proqnoz vermək üçün bir sıra iqtisadi göstəricilər də nəzərdən keçirilməlidir. Məsələn, rəsmi statistikaya görə, bu ilin noyabr ayında ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə məşğul əhalinin sayı 161 min nəfər artsa da, ölkədə işsizlik səviyyəsi 3,7% səviyyəsində qalıb. Ay ərzində əmək haqlarının artım dinamikası proqnozdan 0,1 faiz bəndi az – 0,2% təşkil edib. İllik müqayisədə isə maaşların artımı 3,1%-lik səviyyəni qorumaqdadır.

Bununla belə, noyabrda ABŞ-da sənaye məhsullarının istehsalı proqnozdan 0,3 faiz bəndi çox – 0,6% artıb. Ay ərzində dünya bazarında qiyməti ABŞ dollarının məzənnəsindən asılı olan neft və qızıl ucuzlaşıb, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalıb, dollar avro və ingilis funt-sterlinqi qarşısında bahalaşıb. Yəni Amerika valyutasının vəziyyəti elə də pis deyil və bütün bu amillər FED-in uçot dərəcəsini artırmayacağı fikrini yaradır. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir