Bakı Tennis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr edilən tennis turniri keçirilib.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub.
Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan ibarət komanda 3:0 hesabı ilə qalib gələrək çempion olub.
Yekunda qaliblər Azərbaycan Tennis Federasiyası və Bakı Tennis Akademiyasının nümayəndələri tərəfində kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar.