Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Azərbaycan gimnastı İspaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü yeri tutub və medalın bir addımlığında dayanıb.

Qeyd edək ki, Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə Barselonadakı yarışa yollanmışdı.

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …