Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün IV turun görüşləri keçiriləcək.
Boyukmillet.com-un məlumatına görə, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komandanhərəyə 6 xalla ilk 2 pillədə yer alıb.
Qadın yığması isə Almaniya ilə üz-üzə gələcək. Bu komanlar isə hazırda 4 xala malik 8 ölkə ilə birlikdə 5 – 12-ci yerlərdə gedirlər.
Qeyd edək ki, III turda Azərbaycanın kişilərdən ibarət komandası Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadın millisi isə Gürcüstana uduzub – 1:3.