Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Avropa çempionatı: Azərbaycan komandaları Rusiya və Ukrayna ilə qarşılaşacaq

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün V turun görüşləri keçiriləcək.

Boyukmillet.com-un məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq. Hazırda hər iki komanda hərəyə 7 xalla 1 – 3-cü yerləri bölüşdürür.

Qadın yığması isə Ukrayna ilə üz-üzə gələcək. Bu komandalar hazırda 6 xala malik 5 ölkə ilə birlikdə 3 – 7-ci yerlərdə gedirlər.

Qeyd edək ki, IV turda Azərbaycanın kişilərdən ibarət komandası Macarıstanla 2:2 hesablı heç-heçə edib. Qadın millisi isə Almaniyaya qalib gəlib – 3:1.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …