Çərşənbə , 8 May 2024
Drone Cameras

Gəncədə Vətən müharibəsi şəhidinin adına inşa olunan bulağın açılışı olub

Gəncə şəhərində Vətən müharibəsi şəhidi Abbasquluyev Nadir Elçin oğlunun anım mərasimi keçirilib, adına inşa edilən bulaq-kompleksinin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, Bağbanlar qəsəbəsində keçirilən mərasimdə şəhidin yaxınları, ziyalılar, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Çıxış edənlər şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.

Qeyd edək ki, Abbasquliyev Nadir Elçin oğlu 1995-ci ildə Gəncədə doğulub.

O, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Abbasquliyev Nadir Elçin oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …