Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Münaqişədən sonra Cənubi Qafqazda yaranan vəziyyət Belçikada müzakirə olunub

Brüssel Mətbuat Klubunda “Münaqişədən sonrakı çağırışlar: Cənubi Qafqaz regionu” (“Post-Conflict Challenges: South Caucasus Region”) mövzusunda konfrans və virtual sərgi keçirilib.

Boyukmillet.com xəbər verir ki, “Haider Global BVBA” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Avropa Parlamentinin indiki və sabiq deputatları, siyasətçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Avropa Parlamentinin sabiq üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sabiq sədri Səyyad Kərimin moderatorluğu ilə aparılan konfransda Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Manesku, Avropa Parlamenrinin üzvü, Hüquq və Azadlıqlar Naminə Hərəkatın, eləcə də Avropada Liberallar və Demokratlar Alyansının həmsədri İlhan Küçük, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, ekspert Leyla Qasımova, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) departament rəhbəri Ramil Əzizov, İsveçin “CAWA Media” informasiya agentliyinin baş direktoru Piter Lulle Yohanson və fotoqrafı Larisa Yohanson çıxış ediblər.

Konfrans iştirakçıları nəzərə çatdırıblar ki, tədbirin əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyi barədə qərar qəbul edən siyasətçilər arasında məlumatlılığın artırılmasına xidmət etməkdir. Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi, Oxçuçayda yaranmış ekoloji fəlakətin aradan qaldırılması, Zəngəzur dəhlizinin açılması, regionda sülh və sabitliyin qorunmasının hər bir ölkə üçün vacib olması, qaçqınların və məcburi köçkünlərin doğma evlərinə qayıtmasına mane olan səbəblər barədə geniş fikir mübadiləsi aparılıb. Ötən ildən başlayaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına başlandığını vurğulayan natiqlər qeyd ediblər 30 illik münaqişə dönəmində Azərbaycana vurulan böyük ziyan etiraf edilməlidir.

Tədbir çərçivəsində İsveçin “CAWA Media” informasiya agentliyi əməkdaşlarının Azərbaycanın işğaldan azad edilən ərazilərindən çəkdikləri fotomaterialları əks etdirən virtual sərgi nümayiş etdirilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …