Bazar , 24 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa dair müzakirə aparılıb

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsiMixail Şvıdkoyvə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ikitərəfli əməkdaşlığın aktivləşdirilməsini müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, jurnalistlərlə söhbətində Mixail Şvıdkoy Bakıdakı danışıqlar zamanı pandemiyaya baxmayaraq əlaqələrin aktivləşdirilməsi imkanlarının müzakirə olunduğunu bildirib.

O deyib ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə elan edilmiş “Nizami ili” çərçivəsində bu gün Bakıda keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum kimi tədbirlər buna töhfəsini verir.

M.Şvıdkoy Azərbaycanın mədəniyyət nazirinin yaxın zamanda Rusiyaya səfər edəcəyinə ümidvar olduğunu bildirib: “Növbəti əlamətdar tarix – Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi əməkdaşlığımıza yeni təkan verməlidir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …