Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qubadlıda erməni vandaliziminə məruz qalan qəbiristanlıq – FOTOREPORTAJ

İşğaldan azad edilən Qubadlı rayonu ərazisində yerləşən qəbiristanlıqlar erməni vandalizimin qurbanı olub.

“Report”un Qubadlıya ezam olunmuş əməkdaşının məlumatına görə, düşmən 30 ilə yaxın işğal altında saxladığı rayonun dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub.

İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv etməyə çalışıblar. Qəbirlərin başdaşlarını oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

Qubadlı işğaldan azad olunandan sonra bəzi qəbirüstü daşlar bərpa olunub. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

Qeyd edək ki, Qubadlı rayonu 1993-cü ilin avqust ayının 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qubadlı şəhəri 2020-ci ilin oktyabr ayının 25-də Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.

Foto: Ehtiram Cəbi

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …