Gülşən Əliqulu qızı Əliyeva 1968- ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. 1985- ci ildə Şüvəlandakı 156 saylı orta məktəbi bitirib.
1987- ci ildə Azərbaycan Tibb Unversitetinə daxil olub, 1993-cü ildə təhsilini başa vurmuşdur. 1999- cu ildə Mərdəkan qəsəbəsindəki Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlamış, kollektivin, rəhbərliyin rəğbətini qazanaraq Şöbə müdiri kimi etimada layiq görülmüşdür.
“Yaxşı iş baş ucaldır”-demişlər. Bu illər ərzində Gülşən Əliyevanın şəfalı əllərindən ağsaqqal veteranlar sağlamlıqlarına qovuşmuşlar. Yaşlı insanlar çox həssas olur, onlarla dil tapmağı, nazını çəkməyi hər kəs bacarmır. Gülşən həkimin çöhrəsindəki nur, təbəssüm müalicə ilə yarıbayarı təsir göstərçəkdədir.
Müəssisədəki veteranlar onlara göstərilən qayğıdan və köllektivin xoş münasibətindən ağızdolusu danışırlar.
Həkim Gülşən Əliyevayanın təcrübəli təşkilatçılğı, müəssisədəki məsuliyyətli fəaliyyəti nəzərə alınaraq , ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 06 oktyabr 2021- ci il tarixdən Xəstəxananın direktoru əmri verilmişdir. Ürəkdən təbrik edirik!!
İnanırıq ki, Gülşən Əliyevanın uğurları davamlı olacaq, respublika veteranlarının hörmətini qazanacaqdır.
PS. Gərək dövlət, xalq qarşısında məsuliyyətlə, vicdanla xidmət göstərən insanları cəmiyyətə tanıdaq, bu çox vacibdir.
Yasəmən. Möhübbətqızı- Baş redaktor.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Beynəlxalq Sülh Səfiri