Bazar , 15 Noyabr 2026
Drone Cameras

İspaniyada COVID-19-un ən təhlükəli ştamına ilk yoluxma aşkarlanıb

İspaniyada koronavirusun yeni “omikron” ştammının ilk halı müəyyən edilib.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Madriddəki Qreqorio Maranyon Universitetinin xəstəxanası məlumat yayıb.

“Madriddəki Qreqorio Maranyon Xəstəxanasının Mikrobiologiya Xidməti İspaniyada “omikron” ştamının ilk təsdiqini elan edib. Bu, Cənubi Afrikadan olan bir səyahətçidir”, – xəstəxananın tviterdəki paylaşımında deyilir.

Qeyd edək ki, hazırda “omikron” koronavirusun ən təhlükəli ştamı hesab edilir. Bu ştam artıq dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqdadır. Bəzi mütəxəssislər peyvəndlərin yeni ştama qarşı təsirsiz olduğunu bildirir. 

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …