Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Leyboristlər Partiyası “Brexit” ilə bağlı təkrar referendumun keçirilməsi tərəfdarıdır

Böyük Britaniyanın Leyboristlər Partiyası ölkənin Avropa İttifaqındakı (Aİ) üzvlüyünə dair ikinci referendum keçirilməsi barədə düzəlişini parlamentə təqdim edib.

Boyukmillet.com “The Quardian”a istinadən xəbər verir ki, təklif gələn həftə səsə qoyula bilər.

Referendumla yanaşı, millət vəkilləri partiyanın “Brexit” ilə bağlı alternativ planına dair də səs verəcəklər. Plana görə, “Brexit”dən sonra Böyük Britaniya Aİ Gömrük İttifaqında qalaraq təşkilatın vahid bazarı ilə sıx əlaqələrini davam etdirəcək. Həmçinin vətəndaş və istehlakçı hüquqları da Aİ standartları ilə uzlaşdırılacaq.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin təqdim etdikləri düzəliş sayəsində “Brexit” məsələsinin dirəndiyi dalandan qurtulacağını, “fəaliyyətsizlik xaosu”nun ortadan qaldırılacağını deyib.

(Report)

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir