Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atıb

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

Boyukmillet.com xəbər verir ki, Almaniyanın Kansleri A.Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

A.Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

(Report)

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir