Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Slovakiya səfirliyi Azərbaycana başsağlığı verib

Slovakiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

“Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu qəzada sağ qalanlara tezliklə sağalmağı arzu edirik”, -paylaşımda deyilir.

Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …