Avstraliyanın Türkiyədə, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiri Maylz Armitac Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Boyukmillet.com xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.
“Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirəm”, – paylaşımda deyilir.
Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.