Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Sabah Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək

“Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcəyi iclasda ölkəmizi xarici işlər nazirinin müavini, səfir Sədat Önalın sədrliyi altındakı heyət təmsil edəcək”, – nazirlik bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …