Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Moskva şəhərində sabah “3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə Boyukmillet.com Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış “3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …