Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Ersin Tatar Kıbrıs türklərinin Avropa Birliyinə qəbulunun vacibliyindən danışdı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Avropa Komissiyasının baş katibi Mario Nava ilə onlayn görüş keçirib. 

Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətlərinin də iştirak etdiyi görüşdə prezident Ersin Tatar Kıbrıs Türklərinin Avropa Birliyinə (AB) qəbulu, eləcə də AB ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Adanın və bölgənin sabitliyinin açarının müxtəlif sahələrdə birgə çalışmaq olduğunu ifadə edən prezident Tatar qeyd edib ki, Kipr problemi iki xalq arasında münasibətlərin inkişafına maneə olmamalıdır.

Avropa Birliyinin Kipr türklərinə qarşı hər hansı ayrı-seçkilikdən çəkinməsinin vacibliyini vurğulayan Ersin Tatar, Kipr türk tərəfinin infrastrukturu inkişaf etdirmək üçün ətraf mühit, hüquq və səhiyyə kimi müxtəlif mövzularda Aİ ilə əməkdaşlığa hazır olduğunu bir daha qeyd edib: “Biz kiçik bir adayıq və Şimala göz yummaq olmaz. Biz Kipr Respublikasının bir hissəsi deyilik. Biz ayrı bir dövlətik. Şimalda ayrıca suveren xalq var”.

Qeyd edək ki, dekabrın 10-da prezident Ersin Tatar BMT Baş katibinin Kipr üzrə yeni təmsilçisi və Kiprdəki BMT sülhməramlılarının rəhbəri Kolin Stevartı qəbul edəcək.

Check Also

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik …