Moskva şəhərində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və ermənistanlı həmkarı Vahe Gevorkyan arasında görüş olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrə dair aktual məsələlər, o cümlədən gündəmdə olan beynəlxalq və regional problemlər müzakirə edilib.
Qeyd edək ki, bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək. Danışıqların “3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.