Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Son dəqiqə: “İsrail-Kürd İnstitutu”nun rəhbəri və PKK terror təşkilatının liderlərindən olan Baqestani Türkiyədə yaxalandı

Son dəqiqə: “İsrail-Kürd İnstitutu”nun rəhbəri və PKK terror təşkilatının liderlərindən olan Baqestani Türkiyədə yaxalandı

PKK terrorçusu və terror təşkilatında yüksək vəzifə tutan Davut Baqestani Türkiyənin Adana şəhərində digər 3 nəfərlə birlikdə saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Mersin Jandarm komandanlığının yaydığı xəbərə əsasən, PKK terrorçusu fevralın 2-də səhər saatlarında Adanada həbs edilibb.

Məlumatda qeyd olunur ki, Davut Baqestani Canbulut Turqay adı ilə saxta pasport düzəldərək, o ad altında yaşayırmış.

Onun keçmişdə İraqda PKK düşərgələrində olduğu, təbliğat apardığı bəlli olub.

Bu şəxs “İsrail-Kürd İnstitutu”nun rəhbəri olub. O, 2018-ci ildə Suriyanın Rakka şəhərində YPG/PKK-nın nəzarətində “Suriyanın gələcəyi” partiyasının yaradılmasında da yaxından iştirak edib.

PKK terrorçusu D. Baqestani A.Mahmenur, A Hakka və Y.Enes adlı şəxslə birlikdə Jandarma qüvvələri tərəfindən saxlanılıb. Saxlandğı mənzildə 6 mobil telefon və digər əşyalar aşkar edilərək götürülüb. 6 telefondan 3-ü D. Baqestaniyə aid olub.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir