PKK terrorçusu və terror təşkilatında yüksək vəzifə tutan Davut Baqestani Türkiyənin Adana şəhərində digər 3 nəfərlə birlikdə saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, Mersin Jandarm komandanlığının yaydığı xəbərə əsasən, PKK terrorçusu fevralın 2-də səhər saatlarında Adanada həbs edilibb.
Məlumatda qeyd olunur ki, Davut Baqestani Canbulut Turqay adı ilə saxta pasport düzəldərək, o ad altında yaşayırmış.
Onun keçmişdə İraqda PKK düşərgələrində olduğu, təbliğat apardığı bəlli olub.
Bu şəxs “İsrail-Kürd İnstitutu”nun rəhbəri olub. O, 2018-ci ildə Suriyanın Rakka şəhərində YPG/PKK-nın nəzarətində “Suriyanın gələcəyi” partiyasının yaradılmasında da yaxından iştirak edib.
PKK terrorçusu D. Baqestani A.Mahmenur, A Hakka və Y.Enes adlı şəxslə birlikdə Jandarma qüvvələri tərəfindən saxlanılıb. Saxlandğı mənzildə 6 mobil telefon və digər əşyalar aşkar edilərək götürülüb. 6 telefondan 3-ü D. Baqestaniyə aid olub.