Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Eltac Zülfüqaroğlu yazır: Türkiyə Azərbaycan qardaşlığı

Türkiyə Azərbaycan qardaşlığı tarix boyu olubdur. Bu qardaşlıq həmişə öz töhvəsini göstərib və göstərməyə davam etməkdədir. Sadəcə dövlətlər arası deyil insanlarınında bir-birini sevməsi hörmət bəsləməsi canı gönüldən bir-birlərinə dəstək verməsi qardaşlığın göstərgəsidir. Bu qardaşlığın bəhrəsini uzun illərdir iki tərəfdə gördü. Bir-birlərinə kömək oldu. İlk qardaşlar bir-birinə yardıma gəldi.


Tarixə baxarsaq Qazi Mustafa Kamal paşanın zamanında dövlət büdcəsində pula ehtiyaç olur və can qardaşlarına məktub yazaraq Azərbaycandan yardım istəyir, borclarını yaxın zamanda qaytaracaqlarını söyləyir. Buna cavab olaraq Nəriman Nərimanov qardaşın qardaşa borcu olmaz deyərək Türkiyəyə yardım edib. Yaxın tarixə baxarsaq 23 Oktyabr 2011-ci il tarixində Van şəhərində olan böyük zəlzələdə Türkiyəyə ilk yardım edən dövlət qardaşı Azərbaycan olmuşdur.

Haqq savaşımızda isə Türkiyə qardaşına yardım etdi. Qəti qərar olaraq, məqsəd Azərbaycanın və Türk dövlətlərinin ən böyük problemi olan Qarabağ məsələsini həll etmək idi. 28 illik problem 44 gün içərisində həll edildi. Türkiyə dövlətinin və Türk millətinin verdiyi böyük dəstək nəticəsində Azərbaycan ordusu düşməni təslim etməyə məcbur etdi. Mən ümid edirəm ki, bu dostluq qardaşlıq tarix boyu davam edəcək. Digər ölkələrin həsrətlə baxacağı qaradaşlıq olaraq qalacaq.


Eltac Zülfüqaroğlu

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …