Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, “Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”.
Bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi. Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:
– Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu: Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi.
– Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi atəşkəs generalı Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi.
Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himaya etdiyi separatçıların əl-qolunu bağlamağın hələki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır. Ərdoğanın etmək istədiyi budur. Beləliklə Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür.
Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik.