Cümə , 22 Noyabr 2024
Drone Cameras

BRÜSSEL SƏFƏRİ AZƏRBAYCANIN DİPLOMATİK QƏLƏBƏSİ İLƏ NƏTİCƏLƏNDİ

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Brüsselə səfəri, imzalanmış sənədlər və keçirdiyi görüşləri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu səfər Azərbaycan diplomatiyasının ciddi qələbəsi ilə nəticələndi.” Bu sözləri Boyukmillet.com-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədr müavini Natiq Bədəlov deyib.

N.Bədəlov qeyd edib ki, prezidentin Brüssel səfərinin Azərbaycanın qərb zəfəri kimi qiymətləndirmək olar. Ermənistanın danışıqlar prosesində qondarma Dağlıq Qarabağ rejimini cəlb etmə cəhdləri tamamilə iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti Moqerini açıq şəkildə bildirdi ki, danışıqlar prosesi heç bir şərt irəli sürülmədən davam etdirilməlidir. Beləliklə Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı. Bu Azərbaycanın böyük diplomatik uğurudur. Baxmayaraq ki, bəzi anti-Azərbaycan qüvvələri N.Paşinyanın qərbdən dəstək aldığını və Azərbaycanın Brüssel görüşündən uğursuz olacağını bəyan edirdilər. Bu görüş təkcə Ermənistan üzərində deyil həm də digər xaricdə olan anti-Azərbaycan qüvvələri üzərində siyasi qələbədir. Ermənistan təcavüzkarlığına, təxribatlarına son qoymasa bundan sonra təcrid prosesi daha da artacaq. Ermənistan bunun fərqində olmalı və konstruktiv danışaqları davam etdirməlidir. Azərbaycan prezidentinin Brüssel səfərinin eyni zamanda Azərbaycan və Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından da uğurlu sayıram. Azərbaycan energetika və iqtisadiyyatın digər mühüm sahələri üzrə Avropa ölkələri üçün strateji əhəmiyyət daşımaqdadır. Bu baxımdan da Avropa İttifaqı, qərb ölkələri Azərbaycanla daha yaxın əməkdaşlığa üstünlük verirlər.

Sima Babayeva

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …