Cümə , 2 May 2025
Drone Cameras

BMT Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnaməni qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə dəstəyi ilə hazırlanan “COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında” qətnaməni qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin yanında Daimi Nümayəndəliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, 179 ölkəqətnamənin lehinə səs verib, ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə çıxan olmayıb.

“Qoşulmama Hərəkatının sədri olan Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, – tvitdə vurğulanıb.

Qeyd edək ki, səsvermədə bitərəf qalan ölkələr ABŞ, Avstraliya, Böyük Britaniya, Cənubi Koreya, Ermənistan, İsrail və Yaponiyadır. 

Check Also

Özbəkistan Senatı Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib. …