Bu ilin yanvar-noyabr aylarında “Azərişıq” ASC-yə 4 004 abunəçi elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib.
Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunun 436-sı noyabr ayının payına düşüb.
Xatırladaq ki, səhmdar cəmiyyəti məmnunluq səviyyəsini artırmaq, xüsusilə də pandemiya dövründə insanların arasında təması azaltmaq məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tətbiq edib.