Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Malayziyada son 100 ilin ən güclü daşqınları baş verib

Malayziyanın qərbində güclü daşqınlar nəticəsində azı on nəfər itkin düşüb, 41 mindən çox sakin təxliyə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “BERNAMA” agentliyi məlumat yayıb.

Pahang Dövlət Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, altı yaşlı qız itkin düşüb. Bu günə qədər daşqınlar 8 ştata, eləcə də paytaxt bölgəsinə çatıb. Əhalinin ən sıx məskunlaşdığı Selangor ştatında vəziyyət gərgin olaraq qalır.

Malayziyanın bir sıra regionlarında son 100 ilin ən güclü yağıntıları müşahidə olunur ki, bu da dağıdıcı daşqınlara səbəb olub.

Baş nazir İsmayıl Sabri Yakob humanitar yardım göstərmək üçün fəlakət bölgələrinə əlavə hərbçi və və polisin göndərilməsi barədə göstəriş verib. Əməliyyatlarda iştirak etmək üçün ümumilikdə 66 mindən çox xilasedici, hərbçi və polis səfərbər edilib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …