Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Fəxri xiyabanı ziyarət edib.
“Report”un məlumatına görə, R.Maya ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri həmçinin Şəhidlər xiyabanı da ziyarət edib, Əbədi məşəl kompleksi qarşısına əklil qoyub.
R.Maya jurnalistlərə açıqlamasında deyib ki, Braziliya Azərbaycanla münasibətləri, xüsusi ilə ticarət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Bakı ilə Rio-de-Janeyro qardaşlaşmış şəhərlər olduğunu xatırladan R.Maya Azərbaycana səfərindən məmnun olduğunu vurğulayıb.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar