Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Şok: “Gülən həbs edildi, sabah Türkiyəyə gətirilir” – İddia

FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan “Tərs qütblər” verilişində deyib. O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır:

“Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq saxlanılıb və sabah Türkiyəyə gətirilir. O, sabah Türkiyədə olacaq”.

***

Səslənən iddialarla bağlı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, Gülənin ABŞ-da saxlanılması barədə onlarda hər hansı məlumat yoxdur.

İ.Qalın buna baxmayaraq, FETÖ şəbəkəsinə qarşı mübarizənin qətiyyətlə aparıldığını vurğulayıb.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir