Cümə , 27 Noyabr 2026
Drone Cameras

Erməni məkri başladı: Çeçen-azərbaycanlı insidenti

Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər.

Boyukmillet.com-un Trend-ə istinadən məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini “maksimum dərəcədə” bu vəziyyətdən faydalanmağa çağırırlar.

Arman Abovyan adlı istifadəçi yazıb: “Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? İlk öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlnması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir”.

Qeyd edək ki, fevralın 14-də Moskvada “Neolit” kafesinin yanında azərbaycanlılar və çeçenlər arasında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir