Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Ramzan Kadırov: “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”

Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz.

Boyukmillet.com-un məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq salmaq istəyən müəyyən kriminal qüvvələr var.

Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.

Xatırladaq ki, fevralın 14-də Moskvada kafelərin birində çeçenlərlə azərbaycanlılar arasında insident olub. Polis davada iştirak edən 18 nəfəri saxlayıb.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir