Şənbə , 17 May 2025
Drone Cameras

İbad Hüseynliyə medal verildi-İSTANBULDA

İbad Hüseynliyə medal verildi-İSTANBULDABoyukmillet.com xəbər verir ki, İstanbulda Türk Ədəbiyatı Birliyində  Xocalı faciəsinin  27-ci il dönümü ilə baglı könferans   keçirildi. Tədbirdə Türkiyə Cümhurbaşqanı Rəcəp Tayyib Ərdoganın baş  danışmanı Yalçın Topçu və Türk Dünyasının qəhrəmanı  İbad Hüseynli  fəxri  qonaq  olaraq  dəvət   edildi. Tədbirdə  Türk Ədəbiyyat  Birliyinin  rəhbəri   Serhat Kabaklının  açılış  çıxışından  sonra   Azərbaycanın   Türkiyədəki  könüllü  səfiri  İmdat  Avşar  və  Cümhurbaşqanı   baş danışmanı   Yalçın Topçu  geniş  çıxış  etdilər.Türk Dünyasının  qəhrəmanı  İbad  Hüseynlinin   savaş  yolunu , Qarabag məsələsini   anlatdılar. 
Qəhrəman İbad Hüseynli   isə  Qarabag  müharibəsinin  başlandıgı  ilk illərindən  bu günə  qədər  yaşadıgı   mübarizədən   danışdı.
Sonda Türk  Ədəbiyyatı Birliyi  tərəfindən   qəhrəmana “Cəsarət   və Şərəf ” medalı   təqdim  edildi.Medalı qəhrəmana  Cümhurbaşqanı   baş danışmanı Yalçın Topçu təqdim etdi.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir