Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qarabağda kazinoların açılması təklifinə REAKSİYA: “Çox təhlükəli ola bilər”

Bu günlərdə, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev düşünülməmiş təkliflə çıxış edib. O, Qarabağda və Şərqi Zəngəzurda kazinoların açılmasını təklif edib. Öz fikirlərinə bunuda əlavə edib ki, kazinoların bu bölgələrdə açılması turist axınına şərait yaradacaq.  Sözün düzü, uzun illərdir siyasət meydanında olan belə bir deputatdan belə absurd təklifin ediləcəyini heç gözləmirdim. Axı necə ola bilər ki, qan bahasına alınmış torpaqlarda qumarxana-kazinolar açılsın?! Bir Qarabağlı kimi, nəinki Qarabağ ərazisində,  Azərbaycanın heç bir bölgəsində kazino və bu tipli əyləncə növləri üçün şərait yaradılmasının tam əleyhinəyəm. Belə bir fikrin söylənilməsi belə, o torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş övladlarımızın ruhuna təhqir kimi dəyərləndirirəm. 
Qarabağ-Şuşa Las Vegas deyil, mədəniyyət beşiyidir!
Hətda mən deyərdim ki, ŞuşaTürk Dünyasının Məkkəsidir! 
Yer altı və yer üstü maddi sərvətləri ilə zəngin olan MƏMLƏKƏTİMdə kazinoların açılması, özüdə Qarabağ kimi ilahi bir diyarda, çox təhlükəli olar. 
vallah ayıb olsun!
Nəsimi Qarabağlı 
1-ci və 2-ci Qarabağ -Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Həmlə Kəşfiyat Diversiya Qrupunun rəhbəri, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctima Birliyi prezidenti

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …