Cümə , 22 Noyabr 2024
Drone Cameras

Emin Hüseynov: “Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq”

“Bərpa işləri ilə bağlı 11 tematik mövzularda işçi qrupu fəaliyyət göstərir. Bu əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün məsul qurumlar təyin olunub”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “İşğaldan azad edilən ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, iqtisadi rayonların yeni bölgüsü alqışlanan addımdır: “Hər birinin özünün müəyyən müqayisəli üstünlükləri var. Xüsusi nümayəndə təsis edilməsi müasir idarəetmə işi üçün töhfədir və bu daha çevik müasir metodlarla bərpaya dəstək olacaq. Həmin ərazilərin iqtisadi potensialı dəqiq qiymətləndirilməlidir. Hər bir rayonun təbii ehtiyatları, nəqliyyat dəhlizləri nəzərə alınaraq müqayisəli üstünlüklər təhlil edilir. Bərpa və inkişafla bağlı kompleks yanaşma tətbiq olunur. Növbəti mərhələdə sosial xidmətlərlə bağlı addımlar atılacaq. Bu gün Qarabağda həyata keçirilən magistral yolların çəkilişi və digər işlər ən vacib baza infrastruktur layihələrdəndir. Müharibədən əvvəl evlərindən didərgin düşən məcburi köçkünlərin dayanıqlı şəkildə Qarabağa qayıtması əsas hədəflərdəndir”.

Ağdamın Qarabağın ən böyük rayonlarından olduğunu vurğulayan E.Hüseynov deyib ki, bu rayon təbii ehtiyatları ilə zəngindir: “Bu ehtiyatlar 1.3 milyard dollar həcmində qiymətləndirilir”.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …