Şənbə , 6 Dekabr 2025
Drone Cameras

İran XİN başçısı: “Azərbaycana rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”

“Bakıya rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”.

Boyukmillet.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tviter hesabında yazıb.

“Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə görüşdən sonra əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük verməyə davam edirik”, – tvitdə bildirilib.

Check Also

Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf

Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir? “Qarabağa aid danışıqlar prosesi heç …