Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olunub

Azərbaycanın Merksikadakı Səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən səfir Məmməd Talıbov ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəyə imza ataraq öz ərazi bütövlüyünü bərpa etdiyini və xalqımızın sarsılmaz həmrəyliyinin bu müqəddəs amala nail olunmasında müstəsna rol oynadığını bildirib.

M.Talıbov, həmçinin soydaşlarımıza başa çatmaqda olan il ərzində işğaldan azad olunmuş ərazilərimizdə görülmüş və hazırda böyük sürətlə davam edən quruculuq işləri və bölgənin ümumi inkişafı istiqamətində ölkəmiz tərəfindən aparılan fəaliyyət barədə məlumat verib və onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Meksikanın fərqli ştatlarında yaşayan həmvətənlərimizin bir araya toplaşması baxımından faydalı olmuş tədbirdə qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.

Check Also

İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir …