Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

ABŞ Azərbaycanın beş erməni hərbçini təhvil verməsini alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Check Also

Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin …