Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Boyukmillet.com xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.