Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Divarın iki metrlik hissəsinin uçmasına səbəb Qansu əyalətinin şimal-qərbindəki Şandanda baş verən zəlzələ olub. Divarın bu hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir. Hadisə yerində artıq təmir-bərpa işlərinə başlanılıb.

Zəlzələnin gücü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qiymətləndirməsinə görə 6,3 bal, Çin seysmoloqlarının fikrincə 6,9 bal təşkil edib.

Yeraltı təkanların episentri əhalinin az məskunlaşdığı ərazidə olub, lakin bəzi böyük şəhərlərin sakinləri bunu hiss ediblər.

Təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 8-i artıq xəstəxanadan evə buraxılıblar.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …