Bazar , 19 May 2024
Drone Cameras

DAK Rəsulzadə ilə görüş keçirib

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) qərargahında xalqımızın böyük şəxsiyyətlərindən biri Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Rəsulzadənin keçdiyi ömür yolu haqqında danışaraq, Azərbaycana etdiyi müstəsna xidmətləri xalqımızın unutmayacağını qeyd edib. Rəsulzadənin yadigarı olan Rəis bəyi təbrik edərək, onun bu ölkədə babasının xidmətlərinə görə daim qürurla addımlamağa haqqı olduğunu bildirib. Daha sonra DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, DAK idarə heyətinin üzvləri, Xəzər Emin, Adil Minbaşı, Zəlimxan Məmmədli, tarixçi, türkoloq alimlər Dilavər Əzimli, Yadigar Türkel və b. çıxış edərək Rəis Rəsulzadəni yubiley münasibətilə təbrik ediblər.

 

DAK icra aparatı

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir