Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Avropa Parlamenti sədrinin seçkiləri yanvarın 18-də baş tutacaq sessiya zamanı keçiriləcək.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Mövcud nizamnaməyə uyğun olaraq  həmin vəzifəni seçkilərə qədər parlament sədrinin birinci müavini Roberta Metsola icra edəcək.

Xatırladaq ki, Avropa Parlamentinin sədri David Sassoli ötən gecə Aviano şəhərindəki onkologiya mərkəzində vəfat edib. 66 yaşlı D.Sassoli immun sisteminin pozulması ilə əlaqədar ötən ayın sonundan həmin səhiyyə ocağında yatırdı.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …