Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov və Xarkov Vilayət Deputatlar Şurasının sədri Tatyana Eqorova ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan və Xarkov vilayəti arasında iqtisadi dostluq əlaqələri ətrafında geniş söhbət aparılmışdır.
Əfqan Salmanov Oleq Sinegubovu Xarkov vilayətinin başçısı yüksək vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu mühüm görüşə ayırdığı vaxta görə təşəkkür edib.
Qeyd edək ki, görüşdə Xarkov vilayəti dövlət administrasiyası sədrinin birinci müavini Aleksandr Skakun və vilayət şurası sədrinin müşaviri Mark Bekker də iştirak ediblər.