Cümə , 12 Dekabr 2025
Drone Cameras

Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

“Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”.

Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.

“Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!”, – paylaşımda qeyd edilib.

Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:

“Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …