Cümə , 12 Dekabr 2025
Drone Cameras

Azərbaycanda daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin sayı açıqlanıb

Ötən il üçün Azərbaycanda daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin sayı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında həmin şəxslərin sayında 43.6 %-lik artım olduğunu deyib.

Onun sözlərinə görə, keçən il üçün 2 397 nəfər daimi yaşamaq icazəsı alıb: “İcazə alanlar arasında ən çox Gürcüstan vətəndaşları üstünlük təşkil edib. İş icazəsinə gəlincə, bu rəqəm keçən il üçün 7 575 olub. Bu göstəricidə isə 43,2 % artım olub. Qarabağda quruculuq işləri ilə bağlı əcnəbilərin əməyinə üstünlük verilir”.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …