Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“İngilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir“

“Mən idarəetmədə gənc kadrlara üstünlük verilməsinin tərəfdarıyam. Yaxşı təhsil almış, xalqını və vətənini sevən, rüşvət və korrupsiyaya bulaşmamış gəncləri irəli çəkmək, onlara etimad göstərmək lazımdır. Bu sualı əvvəllər də səsləndirmişəm: Necə olur ki, 18 yaşlı gəncə Vətəni qorumağı etibar edirik, amma kiçik bir vəzifəni etibar etmirik? Gənc kadrlara etimad göstərməkdən qorxmamalıyıq”. 

Boyukmillet.com xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist qeyd edib ki, biz uzun illər “Köhnə qvardiya”nın rəhbərliyi altında yaşadıq və işlədik: “Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin başında dayandığı bu komanda Azərbaycanın heç bir problemini həll etmədi. Əksinə, problemlər üst-üstə qalaqlandı, sələflərindən xələflərinə ötürüldü. Əgər indiyə kimi 7 icra başçısı həbs olunubsa, bu ilk növbədə “köhnə qvardiya”nın “mərifətidir”. Çünki onlar rüşvətsiz yaşaya, işləyə bilmirlər”.

baş redaktorun sözlərinə görə, köhnələrin hamısının pis, yenilərin ideal olduğunu iddia etmək doğru olmazdı. Rüşvət alıb-almamaq əxlaq məsələsidir, bunun yaşla heç bir əlaqəsi yoxdur: “Əgər bütün gənc kadrlar yerində olsaydı, ölkədə bu qədər problem olmazdı. TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı da gənc kadr idi. Amma Oqtay Şirəliyevin ölənlərinə rəhmət oxutdurdu. Kadr seçimi həssas məsələdir, yüz ölçüb, bir biçmək lazımdır. Bəzən deyirlər ki, filan posta təyinat alan gənc ABŞ-da oxuyub, ingilis dilini bilir. Məncə, ingilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir”. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …